Sarri Bakıda Avroliqanın tarixinə düşdü

ESTAFET/ "Çelsi"nin baş məşqçisi Mauritsio Sarri Avropa Liqasının tarixinə düşüb. 60 yaşlı Sarri bu adlı turniri qazanan lk italiyalı mütəxəssis olub.
Sarri bunu "Arsenal"a Bakı Olimpiya Stadionunda 4:1 hesabıyla qalib gəldikləri London finalında reallaşdırıb.
Bunadək 9 dəfə italiyalı məşqçilər yarışın qalibi olub. Sadəcə, hamısı turnir UEFA Kuboku adlananda gerçəkləşib. İtaliyan baş məşqçinin son qalibiyyəti düz 20 il öncə olub. Bu, 1999-cu ildə "Parma"nı UEFA Kubokunun qalibi edən Alberto Malezanidi. O, Moskvanın "Lujniki" stadionunda keçirilən finalda Fransanın "Marsel" klubunu 3:0 hesabıyla məğlub edib.
Avroliqanın sələfini qazanan italiyalı baş məşqçilər Covanni Trapattoni (2 dəfə "Yuventus, 1 dəfə "İnter"), Ottavio Byanki ("Napoli"), Dino Dzoff ("Yuventus"), Campyero Marini ("İnter"), Nevio Skala ("Parma") və Luici Simonidi ("İnter"). Göründüyü kimi, italyanlar bunadək qalibiyyəti öz klublarıyla əldə edirdilər. Yəni, Sarri İtaliyadan kənarda avrokubokun qalibi olan ilk təmsilçisidi.
İtalyanlar 10 qələbəni 8 çalışdırıcıyla əldə edib. Trapattoni 3 dəfə qalib olmaqla turniri ən çox qazanan 2 baş məşqçidən biridi. Digəri Sarrinin finalda məğlub etdiyi ispaniyalı həmkarı Unai Emeridi.
İtalyanlar yubiley - 10-cu çempionluqla elə ispan mütəxssislərə çatıblar və bununla da turnirin rekordunu təkrarlayıblar. Göründüyü kimi, Emeri qazansaydı, ispanlar fərqi daha da artıracaqdı. "Sevilya"yla 3 dəfə ardıcıl çempion olan bu mütəxəssis ilk dəfə finalda yenilib.
Qeyd edək ki, bu kubok Sarrinin məşqçilik karyerasında ilk tuutl olub.
Mənbə: Sport24.az
