AZƏRBAYCAN QRAN PRİSİ ÜÇÜN QEYDİYYAT TARİXİ AÇIQLANDI

ESTAFET/ Bakı Şəhər Halqası əməliyyat komitəsinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında jurnalistlər üçün “Sürətin nəbzini tut!” mövzusunda keçirilən təlim zamanı Formula 1 Azərbaycan Qran Prisi üçün KİV-in qeydiyyat tarixini açıqlayıb. Belə ki, Azərbaycan qran-prisi üçün media qeydiyyatı fevralın 20-də başlayacaq.

 

Nigar xanım həmçinin bildirib ki, akkreditə ilə bağlı ilk günüdə jurnalistlər üçün xüsusi toplantı düzənlənəcək və orada ətraflı bilgi veriləcək, media nümayəndələrinə xüsusi bələdçi-kitabçalar paylanacaq.

 

Qeydiyyat martın 31-də başa çatacaq. Kanada Qran Prisi ilə Azərbaycan Qran Prisi arasında 2 həftəlik fasilə olduğundan, müraciət edən bütün maraqlı yerli media nümayəndələrinin akkreditədən keçməsinə yardım ediləcəyinə söz verilib.