Kolumbiya yığmasında ciddi itki

ESTAFET/ Kolumbiya millisi ciddi itki ilə üzləşib. Yığmanın hücumçusu Luis Muriel zədələnib. Bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Amerika kuboku-2019-un ilk turunun Argentina ilə matçında (2:0) zədələnən Muriel, yığmanın heyətindən çıxarılıb və Amerika kubokunun qarşıdakı oyunlarında iştirak etməyəcək.

28 yaşlı hücumçunun 5-7 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir. 

Müəllif: Estafet.az