"Qalib gəlib, mərhələni keçməyə çalışacağıq": Emin Mahmudov

ESTAFET/ "Neftçi”nin kapitanı Emin Mahmudov futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində püşkün nəticələrini dəyərləndirib. Təcrübəli yarımmüdafiəçi qalib gəlib, mərhələni keçməyə çalışacaqlarını deyib:

"Bizi ağır oyun gözləyir. Hər bir halda çətin olacaq. Çünki indi asan rəqib yoxdur. Rəqib haqda məlumatsızıq. Amma baş məşqçimiz əvvəllər Moldovada çalışdığı üçün "Speranta” ilə bağlı bizi məlumatlandıracaq. Rəqibin güclü və zəif tərəflərini biləcəyik. Qalib gəlib, mərhələni keçməyə çalışacağıq”.

Qeyd edək ki, "Neftçi” və "Speranta” arasında ilk oyun iyulun 11-i, cavab oyunu isə ayın 18-i keçiriləcək. 

Müəllif: Natiq NƏSİROV