“Qarabağ”ın son oyununun vaxtı dəyişdirildi

ESTAFET/ “Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi sonuncu yoxlama oyununun başlama saatı dəyişdirilib. Ağdam klubunun Çexiya təmsilçisi “Viktoriya" (Plzen) ilə qarşılaşmasının iyulun 2-də Bakı vaxtı ilə saat 20:00-da başlayacağı bildirilsə də, sonradan matçın 1 saat tez başlamasına qərar verilib. “Qarabağ”ın mətbuat xidmətinin yaydığı məlumata görə, oyun saat 19-da start götürəcək.

Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Rumıniyanın “Universitatya” klubu ilə heç-heçəyə razılaşan Qurban Qurbanovun yetirmələri son olaraq Rusiya “Ufa”sına 2:1 hesabıyla qalib gəlib. 

Müəllif: Orxan NOVRUZOV