Bundesliqa klubundan 13 milyonluq transfer
ESTAFET/ Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçuyla gücləndirib. Bundesliqa təmsilçisi “Fortuna”dan (Düsseldorf) Benito Ramanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.
Belçikalı oyunçu üçün “Şalke” 13 milyon avro təzminat ödəyib.
Mənbə: Sport24.az