WKF Hakimlər komissiyasının rəsmiləri seminar keçirəcək
ESTAFET/ Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komissiyasının rəsmiləri Bakıya gələcək.
Azərbaycan Milli Karate Federasiyasının dəvəti ilə paytaxtımıza təşrif buyuran komissiya sədri Xavyer Eskalante (İsveç), komissiya katibinin asisstenti Fariba Madani (ABŞ) və komissiyanın üzvü Cavad Səliminin (İran) rəhbərliyi ilə 16 avqustda yerli hakim və məşqçilərə növbəti seminar keçiriləcək.
Nəzəri seminarın iştirakçılarına sertifikatlar təqdim olunacaq. Seminarda bütün hakim və məşqçilərin iştirakı vacibdir. Hakimlər rəsmi referi geyimində, məşqçilər isə idman geyimində olmalıdırlar. Tədbirlə bağlı əlavə məlumat veriləcək.