PSV və BATE mübarizəni dayandırdı: ÇL - II təsnifat mərhələsi

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub. Son oyun günündə 5 qarşılaşma baş tutub.

Azərbaycanın turnirdə yeganə təmsilçisi olan “Qarabağ” İrlandiyanın “Dandalk” klubunu qəbul edib. Komandalar arasındakı ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınmışdısa, cavab görüşündə Ağdam klubu darmadağına sevinib. “Qarabağ” 3-cü təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşacaq.

Belarus BATE-si “Rusenborq”un qonağı olub və məğlub olaraq mübarizəni dayandırıb. Serbiyanın “Srvena Zvezda” klubu isə səfərdə Finlandiya HİK-i ilə qarşılaşmada məğlub olsa da, mərhələ adlayan tərəf olub.

UEFA Çempionlar Liqası, 2019/2020 mövsümü
2-ci təsnifat mərhələsinin cavab oyunları

30 iyul 2019

APOEL (Kipr) – Sutyeska (Monteneqro) 3:0
Qollar: Pavloviç 13, 25, 66
İlk oyun – 1:0


Nomme Kalyu (Estoniya) – Seltik (Şotlandiya) 0:2
Qollar: Kulinits 10 (ö.q.), Şved 90+3
İlk oyun – 0:5


Makkabi (Təl-Əviv, İsrail) – ÇFR (Rumıniya) 2:2
Qollar: Blakman 15, Kohen 48 : Kulio 19, Rondon 42
İlk oyun – 0:1


Bazel (İsveçrə) – PSV (Hollandiya) 2:1
Qollar: E.Comert 8, Van Volfsvinkel 68 : Bruma 23
İlk oyun – 2:3


Dinamo (Zaqreb, Xorvatiya) – Saburtalo (Gürcüstan) 3:0
Qollar: Orsiç 77, Petkoviç 88, Olmo 90+4
İlk oyun – 2:0


Valletta (Malta) – Ferentsvaroş (Macarıstan) 1:1
Qollar: Fontanella 27 (pen.) : Nquen 60
İlk oyun – 1:3


Olimpiakos (Yunanıstan) – Viktoriya (Çexiya) 4:0
Qollar: Gilyerme 51, Gerrero 70, Reznik 73 (ö.q.), Semedo 82
İlk oyun – 0:0


31 iyul 2019


HİK (Finlandiya) – Srvena Zvezda (Serbiya) 2:1
Qollar: Dalstrom 46, Riski 90+2 : Yovançiç 56
İlk oyun – 0:2


AİK (İsveç) – Maribor (Sloveniya) 3:2
Qollar: Karlsson 4, Larsson 61, T.Elyunussi 93 : Kotnik 48, Kretu 117
İlk oyun – 1:2


Qarabağ (Azərbaycan) – Dandalk (İrlandiya) 3:0
Qollar: Romero 12, 87, Ailton 76
İlk oyun – 1:1


Rusenborq (Norveç) – BATE (Belarus) 2:0
Qollar:Helland 73, Soderlund 85
İlk oyun – 1:2


Kopenhagen (Danimarka) – TNS (Uels) 1:0
Qol: Zeka 52
İlk oyun – 2:0 

Müəllif: Natiq NƏSİROV