“Neftçi”dən möhtəşəm qələbə

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir. Azərbaycanın bu turnirdəki təmsilçisi “Neftçi” də bu gün növbəti matçına çıxıb.

Rusiyanın “Arsenal” klubu ilə mübarizə aparan “ağ-qaralar” bu dəfə Tula təmsilçisi ilə doğma meydanda üz-üzə gəlirdi. Səfərdə minimal hesabla qalib gələn Roberto Bordinin yetirmələrinə mərhələ adlamaq üçün hətta istənilən hesablı heç-heçə də bəs edirdi. Lakin komandamız güclü rəqib üzərində böyükhesablı qələbə ilə adını növbəti mərhələyə yazdırmağı bacardı .

Bu cütün qalibini 3-cü təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubu ilə mübarizə gözləyir.


UEFA Avropa Liqası, 2019/2020 mövsümü
2-ci təsnifat mərhələsinin cavab oyunu

1 avqust 2019

Neftçi – Arsenal  3:0

Qollar: Raud Əliyev 49, Dario Federiko 89 (pen.), Mamadu Mbodj 90+3
Hakimlər: Alan Mario Sant, Edvard Spiteri, Roberto Vella, Malkolm Spiteri (hamısı Malta).
Bakı. “Bakcell Arena”
İlk oyun – 1:0. 

Neftçi: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Roberto Bordin.
Arsenal: 36. Mixail Levaşov, 6. Maksim Belyayev, 8. Gia Qriqalava, 9. Kiril Kombarov (k), 11. Sergey Tkaçev, 20. Qoran Çauşiç, 21. Viktor Alvares, 22. Daniel Lisovıy, 23. İqor Qorbatenko, 48. Yevgeni Lutsenko, 70. Georgi Kostadinov.
Ehtiyat oyunçular: 1. Artuq Niqmatullin, 13. Maksim Volodko, 17. Quram Adzoyev, 28. Vladislav Panteleyev, 29. Lamek Banda, 30. Aleksandr Tudor, 71. Aleksandr Denisov.
Baş məşqçi: İqor Çerevçenko.

Müəllif: Natiq NƏSİROV