"Arsenal" üzərində qələbədən sonra bərpa məşqi

ESTAFET/ "Neftçi” futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin "Arsenal”la cavab matçından (3:0) sonra bərpa məşqi edib. Komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə hazırlıq keçib. Sabah istirahət edəcək "ağ-qaralar” avqustun 4-də üçüncü təsnifat mərhələsində qarşılaşacağı İsrailin "Bney Yehuda” klubu ilə oyunun hazırlığına start verəcək.

 

Qeyd edək ki, avqustun 8-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Bney Yehuda” görüşü saat 21:00-da başlanacaq. Bu komandalara arasında cavab oyunu ayın 15-i Bakı vaxtı ilə saat 21:00-da səfərdə baş tutacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV