"Neftçi"nin potensial rəqibləri müəyyənləşdi

ESTAFET/ Bu gün futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, "Neftçi” "Bney Yehuda” (İsrail) səddini keçəcəyi halda, növbəti mərhələdə "Malmö” (İsveç) – "Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da baş tutacaq. 

Müəllif: Natiq NƏSİROV