Sumqayıtda karate yarışı keçirilib
ESTAFET/ Sumqayıtın 70 illik yubileyi tədbirləri çərçivəsində "Uşaq cinayətkarlığa və narkomaniyaya qarşı" devizi yarış keçirilib.
"Dostluq" Əlbəyaxa Döyüş Növləri İdman Klubu İctimai Birliyinin Sumqayıt şəhər şöbəsi təşkil etdiyi klublar arası açıq çempionatda 12-13 yaşlı yeniyetmələr iştirak ediblər. Fərqlənən idmançılara diplomlar təqdim olunub.
Tədbirdə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, döyüş növləri üzrə klubların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.