Daha üç cüdoçumuz dünya çempionatında mübarizə aparıb

ESTAFET/ Tokioda keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Nüfuzlu yarışın 2-ci günü üç cüdoqi ustamız tatami üzərinə çıxıb.

Oğlanların mübarizəsində Nicat Şıxəlizadə 3 rəqibini məğlub etsə də, 1/8 finalda Misir idmançısına uduzaraq mundialda mübarizəni dayandırıb. İlk görüşlərini qalib başa vuran qadın cüdoçularımız Gültac Məmmədəliyeva və Larisa Florian (hər ikisi 52 kq) növbəti qarşılaşmalarda rəqiblərinə məğlub olublar.

Avqustun 27-də dünya çempionatında daha 2 çəki dərəcəsində (qadınlar 57 kq və kişilər 73 kq) görüşlər keçiriləcək. Rüstəm Orucov, Hidayət Heydərov və İçinxorlo Munxtsedev Tokioda mübarizəyə qoşulacaq. 

Müəllif: Natiq NƏSİROV