Qrup mərhələsinin püşkü atıldı: ÇL - 2019/2020
ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb. Tədbir Monakoda keçirilib.
Bakı vaxtı ilə saat 20:00-da başlayan mərasimdə qitənin ən güclü 32 komandası 8 qrupa bölünüb. İştirakçılar öncədən 4 səbətə bölünmüşdü. Birinci səbətdə Çempionlar Liqasının, Avropa Liqasının qalibi və ən yüksək reytinqli 6 ölkənin çempionu qərarlaşmışdı. Digər 24 komanda reytinqinə görə sıralanmışdı.
Qrup mərhələsinin təqvimi də artıq bəllidi. I dövrənin oyunları sentyabrın 17-18-də, oktyabrın 1-2-də və 22-23-də, II dövrənin görüşləri noyabrın 5-6-da, 26-27-də və dekabrın 10-11-də keçiriləcək. İlk iki yeri yeri tutacaq komandalar 1/8 finala, 3-cü yerlər Avropa Liqasına vəsiqə qazanacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
A qrupu
PSJ (Fransa)
“Real” (İspaniya)
“Brügge” (Belçika)
“Qalatasaray” (Türkiyə)
B qrupu
“Bavariya” (Almaniya)
“Tottenhem” (İngiltərə)
“Olimpiakos” (Yunanıstan)
“Srvena Zvezda” (Serbiya)
C qrupu
“Mançester Siti” (İngiltərə)
“Şaxtyor” (Ukrayna)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Atalanta” (İtaliya)
D qrupu
“Yuventus” (İtaliya)
“Atletiko” (İspaniya)
“Bayer” (Almaniya)
“Lokomotiv” (Rusiya)
E qrupu
“Liverpul” (İngiltərə)
“Napoli” (İtaliya)
“Zalsburq” (Avstriya)
“Genk” (Belçika)
F qrupu
“Barselona” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya)
“İnter” (İtaliya)
“Slaviya” (Çexiya)
G qrupu
“Zenit” (Rusiya)
“Benfika” (Portuqaliya)
“Olimpik” (Lion, Fransa)
“Leypsiq” (Almaniya)
H qrupu
“Çelsi” (İngiltərə)
“Ayaks” (Hollandiya)
“Valensiya” (İspaniya)
“Lill” (Fransa)