Premyer Liqada 3-cü turun hakim təyinatlarında dəyişiklik

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunda keçiriləcək bəzi qarşılaşmaların təyinatlarında dəyişikliklər edilib. AFFA Hakim və Hakim-İnspektorlar Komitəsinin qərarlarına əsasən, aşağıdakı oyunların təyinatlarında dəyişiklik olub:

“Qəbələ” – “Keşlə” görüşündə Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəlini müvafiq olaraq Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev əvəz edəcək.

“Neftçi” – “Sumqayıt” oyununun 4-cü hakimi Elçin Məsiyev yox, Rauf Allahverdiyev olacaq.

“Səbail” – “Qarabağ” görüşünün 4-cü hakimi Rəhim Həsənov yox, Fərid Hacıyev olacaq. 

Müəllif: Orxan NOVRUZOV