Boksçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli olub
ESTAFET/ Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb. Mərasimdə Azərbaycan boksçularının da ilk rəqibləri bəlli olub.
Milli üzvlərindən beşi mübarizəyə 1/16 finaldan qoşulacaqsa, digər beşinin debütü 1/8 finala təsadüf edəcək.
Bu gün start götürəcək birinciliyin ilk günündə 4 boksçumuz rinqə çıxacaq.
Qeyd edək ki, təsnifat mərhələsinin döyüşləri sentyabrın 4-8-də, yarımfinal görüşləri ayın 9-da keçiriləcək. Çempionatın qaliblərinin adları isə sentyabrın 10-da bilinəcək.
4 sentyabr
1/16 final
Maqsud Xasmetov (52 kq) – Samet Gümüş (Türkiyə)
Eldar Babayev (60 kq) – Killian Karti (İrlandiya)
Rəşid Həsənov (64 kq) – Simon Vollmer (Almaniya)
Səlim Səlimov (69 kq) – Qaran Qroft (Uels)
5 sentyabr
1/16 final
İqor Platov (75 kq) – Valeri Razmerita (Moldova)
1/8 final
Ruslan Qədirov (49 kq) – Uiliam Hevitt (İngiltərə)
Murad Allahverdiyev (81 kq) – Stoil Stanoyev (Bolqarıstan)
Fuad Cəfərov (+91 kq) – Viçenzo Fiasçetti (İtaliya)
6 sentyabr
1/8 final
Əzrək Bəbirov (56 kq) – Bill Unsvort (Uels)/Selim Bouayta (Fransa)
Əsəd Baxşıyev (91 kq) – Jumka Jaiani (Gürcüstan)