Region cüdoçuları üçün təlim-məşq toplantısı keçirilib

ESTAFET/ Azərbaycan Cüdo Federasiyası Göygöl Olimpiya İdman Kompleksində bölgələrdən olan cüdoçular üçün təlim-məşq toplantısı təşkil edib.

Məşqlər və seminarlar təcrübəli cüdo mütəxəssisləri Tərlan Poladov və Musa İsmayılov tərəfindən aparılıb. Toplanışda ölkəmizin müxtəlif regionlarından 200-dən çox yeniyetmə və gənc cüdoçu iştirak edib. Artıq ənənə halı alan bu cür təlim-məşqlər yeni mövsümə hazırlıq xarakteri daşıyır. Göy-Göl Olimpiya İdman Kompleksində təşkil olunan seminarlarda bölgə məşqçilərinin nəzərinə cüdonun yeni qaydaları da çatdırılıb. Məşqlər və seminar bir həftə davam edib. Xatırladaq ki, bundan əvvəl federasiya Oğuz, Qəbələ, Mingəçevir, Qusar və Gürcüstanın Qori şəhərində region cüdoçuları üçün bu tipli toplantılar keçirib. 

Müəllif: Natiq NƏSİROV