Həndbol ictimaiyyətinə ağır itki üz verib
ESTAFET/ Həndbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının və “Məhsul” klubunun baş məşqçisi Hikmət Abdullayev 63 yaşında dünyasını dəyişib. Bu barədə Azərbaycan Həndbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi olan Abdullayev ürək xəstəliyindən vəfat edib. Mərhum bu gün Yasamal qəbristanlığında dəfn olunacaq.
Allah rəhmət eləsin!