De Liqt Pikenin sözlərinə görə "Barselona"dan imtina edib

ESTAFET/ Matteys de Liqtin mövsümlərarası fasilədə "Barselona"ya keçməkdən son anda imtina etməsinin səbəbi müəyyənləşib. Xarici mətbuatın məlumatına görə, gənc futbolçunu fikrindən daşındıran Kataloniya klubunun müdafiəçisi Xerard Pike olub.

Məsələ burasındadı ki, yay fasiləsində tətil zamanı hər iki oyunçu təsadüfən Baham adalarında oteldə üz-üzə gəlib. Pikenin ona olan münasibətini və sözlərini bəyənməyən Hollandiya millisinin üzvü Kataloniya klubuna "yox" deyib, "Yuventus"a keçmişdi.

Qeyd edək ki, "Yuventus" Matteys de Liqti yayda 75 milyon avroya "Ayaks"dan alıb.

Müəllif: Natiq NƏSİROV