27-ci Azərbaycan Çempionatına start verilir

ESTAFET/ Oktyarbrın 10-da basketbol üzrə 27-ci Azərbaycan Çempionatına start verilir. Ölkə birinciliyində 8 komanda ("Atletik BK, "Atom BK", "Zirvə Astara", "Gəncə BK", "Sərkərdə BK", "Sıçrayış BK", "80-lər", "Xırdalan BK") iştirak edəcək. Çempionatın təntənəli açılışı oktyabrın 10 saat 19:30 "Sərhədçi" Olimpiya İdman Mərkəzində olacaq.
Açılış mərasimi və ardınca "Gəncə BK" - "Zirvə Astara" oyunu "CBC Sport" kanalında canlı yayımda göstəriləcək.
Oyunların cədvəli
Birinci dövrənin 1-ci turu
10 oktyabr 2019 "Sərhədçi"OİM
20:00 "Gəncə BK"-"Zirvə Astara"
12 oktyabr 2019 Azərbaycan Dövlət Texniki Universtiteti
12:00 "Sərkərdə BK"- "Atom BK"
14:00 "Xırdalan BK"- "Atletik BK"
16:00 "Sıçrayış BK"- "80-lər"
