Karateçilər DÇ-dən 1 gümüş və 3 bürünc medalla dönürlər

ESTAFET/ Yeniyetmə və gənclərdən ibarət milli komandamız Çilinin paytaxtı Santyaqoda XI Dünya çempionatını 4 medalla başa vurub.
16-18 yaşlı gənclər milli komandasının üzvləri Hüseyn Məmmədli (61 kq) gümüş mükafata, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə (76 kq) və Polina Qurenko (53 kq) isə bürünc medala sahib olub. Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq), Hümmət Baxşəliyev (67 kq) və Murad Hacızadə (+84 kq) isə sonda medalçılar arasına düşə bilməyiblər.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimova final görüşlərini idarə etmək kimi məsul vəzifələr həvalə olunub. Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarını 10 il idarə etdiyi üçün, C.Babayev WKF-in Hakimlər komitəsinin sədri Xavier Eskalante tərəfindən fəxri yubiley medalı ilə təltif edilib.
Karateçilər 31 oktyabrda Bakıda olacaqlar.
