Formula 1 inqilabi dəyişikliklər astanasında

ESTAFET/ Bu gün Formula 1 izləyiciləri üçün əlamətdar günlərdən biri kimi tarixə keçə bilər. Belə ki, 2021-ci ildən qüvvəyə minəcək Formula 1-in yeni inqilabi reqlamentinin qəbulu üçün son tarix 31 oktyabr göstərilib.  

Bu gün texniki, idman və maliyyə əsaslarını əks etdirən yeni reqlamentin səsverməsi keçiriləcək. Axşam Formula 1 şefi Çevi Çeyz və çempionatın idman direktoru Ross Braun vacib dəyişikliklərin elan edilməsi üçün mətbuat konfransı keçirəcəklər. Konfransda FIA rəhbəri Jan Todtun iştirakı da gözlənilir. 

Müəllif: Natiq NƏSİROV