1/4 final mərhələsinin oyun cədvəli: Azərbaycan Kuboku 2019/2020

ESTAFET/ Futbol üzrə Azərbaycan Kubokunun ¼ final mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib. İki günü əhatə edəcək mərhələnin bütün oyunları “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq:
15 dekabr 2019
15:00 “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu
17:00 “Səbail” – “Zirə”
“ASCO Arena”
16 dekabr 2019
18:00 “Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”
20:00 “Qarabağ” – “Keşlə”
Tofiq Bəhramov adına Respublika Stadionu
