Yığmamızın Minsk toplanışı davam edir

ESTAFET/ Yunan-Roma güləşi üzrə yığmamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışını davam etdirir.
Millimiz "Stayki" Olimpiya İdman Kompleksində yerli komandayla birgə hazırlıq keçir. Dekabrın 25-dək davam edəcək TMT-də güləşçilərimiz baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.
Xatırladaq ki, nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov rəhbərlik edir.
