Azərbaycan birinciliyinə start verilib
ESTAFET/ Hövsanda yerləşən Fövqalədə Hallar Nazirliyinin İdman Kompleksində yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib. Yarışın ilk günündə beş çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.
Samir Əlquliyev (46 kq), Əlihümbət Qafarov (60 kq), Vüqar Talıbov (81kq), Könül Əliyeva (48 kq) və Pərvanə Abdullayeva (63 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.
Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 17-də yekun vurulacaq.
Qeyd edək ki, ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparır.