Koçuk "Sabah"da
ESTAFET/ Moldovalı futbolçu Yevgeni Koçukun “Sabah”a keçidi rəsmiləşib. Moldova millisinin yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.
O, 2021-ci ilin yayına qədər Bakı təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində “Daçiya” (Moldova) və “Jilina” (Slovakiya) klublarının uğurları üçün çalışıb. Onun son komandası “Səbail” olub. Koçuk 2015-ci ildən şərəfini qoruduğu Moldova millisində 19 oyun keçirib.