Millimiz ilin ilk oyununa çıxır
ESTAFET/ Bu gün futzal üzrə Azərbaycan millisi Dünya Çempionatının elit-raund mərhələsində ilk oyununu keçirəcək. Komandamız Osiek şəhərindəki “Qradski vrt Arena”da Xorvatiya yığması ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşü italiyalı hakimlər - Angelo Galante, Nicola Manzione və Alessandro Malfer idarə edəcəklər.