İntizam Komitəsinin növbəti iclası keçirildi

ESTAFET/ AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda “Neftçi”nin 6 nömrəli oyunçusu Voislav Stankoviç sonuncu ümid fouluna  görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Premyer Liqanın XV turunun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın XV turunun “Səbail” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın XV turunun “Qəbələ”  - “Keşlə” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Müəllif: Estafet.az