“Pirelli” Azərbaycan Qran-prisi üçün şin seçimini elan etdi

ESTAFET/ “Pirelli” şirkəti bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün təkər seçimini edib.

İtaliya şirkətinin C2 (sərt), C3 (orta) və C4 (yumşaq) təkər seçimləri Bakıda komandaların ixtiyarında olacaq.

Eyni təkərlər Avstraliya, Bəhreyn, Vyetnamda və təxirə salınan Çin Qran-prisində də istifadə olunacaq. C2 və C3 modelləri məcburidir və komandalar hər birindən azı bir dəst sifariş etməlidirlər.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 5-7 iyun tarixlərində keçiriləcək.

Müəllif: Natiq NƏSİROV