Gənc cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib

ESTAFET/ Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman-Sağlamlıq Mərkəzində gənc cüdoçuların respublika birinciliyinə start verilib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İki gün davam edəcək yarışda paytaxt və bölgələrdən 51 komandanın tərkibində 367 idmançı (311 oğlan, 56 qız) qalib adı uğrunda mübarizə aparır.

Yarışın ilk günündə oğlanlar arasında 55, 66, 81, 100, qızların mübarizəsində isə 44, 52, 63 və 78 kq çəki dərəcələrində qaliblərin adına aydınlıq gəlib.

Qalibləri təqdim edirik:

Oğlanlar
-55 kq Məmmədov Rəşad
-66 kq Tanrıverdiyev Ayxan
-81 kq Talıbov Vüqar
-100 kq Kərimli Adil

Qızlar
-44 kq Hacıyeva Aygün
-52 kq Əliyeva Səbinə
-63 kq Ağayeva Südabə
-78 kq Ağamalıyeva Zəhra

Müəllif: Bəhruz MƏMMƏDOV