Lisenziyaların yenilənmə kursları başqa vaxta keçirilib

ESTAFET/ Xəbər verdiyimiz kimi, martın 9-dan 10-dək AFFA tərəfindən UEFA-nın “B” və AFFA-nın "C", həmçinin martın 12-dən 13-dək UEFA-nın “A” və “Pro” kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kurslarının keçirilməsi planlaşdırılırdı.
AFFA-nın rəsmi saytında verilən məlumata görə, kurslar başqa vaxta keçirilib. Kursun keçirilmə vaxtı barədə əlavə məlumat veriləcək.
