"Barcelona" fəaliyyətini dayandırdı

ESTAFET/ İspaniya və dünya nəhəngi "Barcelona" futbol klubu koronavirus təhlükəsi üzündən karantin elan edib. Komanda geri qayıdış tarixini açıqlamayıb.

Komandanın rəsmi saytında verilən xəbərə görə, ölkədə yaranmış ağır vəziyyəti nəzərə alan klubun tibb qərargahı əsas komandanın fəaliyyətini dayandırmasını tövsiyə edib. 

Daha öncə yerli futbol federasiyası klublara məşqləri dayandırmağı və oyunçuları evlərinə buraxmağı məsləhət etmişdi. 

Dünən isə, Madrid "Realı" 2 həftəlik karantinə çıxıb. 

Müəllif: Natiq NƏSİROV