AÇ-2020-nin yeni tarixi FİFA-nın təqviminə salındı

ESTAFET/ Futbol üzrə Avropa çempionatı və Amerika Kubokunun tarixi ilə bağlı dəyişiklik FIFA-nın beynəlxalq təqvimində də öz əksini tapıb. Bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, hər iki turnirin yeni tarixi təqvimə daxil edilib.

Qeyd edək ki, bu yay keçirilməli olan Avropa çempionatı və Amerika Kubokunun vaxtı koronavirus pandemiyasına görə 2021-ci ilin 11 iyun - 11 iyul tarixlərinə keçirilib.

Müəllif: Orxan NOVRUZOV