Daha bir Olimpiada təxirə salındı

ESTAFET/ Bu il keçirilməli olan daha bir mötəbər turnir təxirə salınıb. Beynəlxalq Şahmat Federasiyası (FIDE) Şahmat Olimpiadası təxirə salınmaısyla bağlı qərar verib.

Qurum Rusiyanın paytaxtı Moskvada təşkil olunmalı yarışı 2021-ci ilə qədər təxirə salıb. Buna koronavirus pandemiyası səbəb olub. Avqustun 6-17-də baş tutması planlaşdırılan yarışın açılış mərasimi Xanti-Mansiyskdə, qarşılaşmaları isə Moskvada təşkil olunmalı idi. 

Müəllif: Natiq NƏSİROV