Suares yaşıl meydanlara qayıdacağı vaxtı açıqladı

ESTAFET/ İspaniyanın “Barselona” klubunun zədəli hücumçusu Luis Suares vəziyyəti ilə bağlı açıqlama verib. “Marca” nəşrinə danışan uruqvaylı hücumçu, La Liqa başlayanda oynamağa hazır olacağını deyib:
“Açığı, daha tez sağalmaq istəyirdim. Həkim yaxşı olduğumu və qısa zamanda geri qayıda biləcəyimi bildirib. Komandam meydana qayıdanda mən də oynamağa hazır olacam”.
Koronavirus pandemiyasına görə İspaniya La Liqası martın 11-dən təxirə salınıb.
Luis Suares yanvarda dizindən əməliyyat olunmuşdu. (spoer24.az)
