Ndlovu karantinə alındı

ESTAFET/ Çinin "Xançjou Qrintaun" klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karantinə alınıb. Cənubi afrikalı hücumçu Çində koronavirus yayılmağa başlayanda Vətəninə qayıdıb və dərhal karantinə alındığını açıqlayıb: “Təhlükəsiz şəkildə gəldim və 14 günlük karantindəyəm. Hava limanında bir anketdən keçdim. Burada hamı maskalı idi, insanların çoxu əlcək taxır. Artıq Çində koronavirusun qarşısını almağın yollarını öyrəniblər.  Yaxın vaxtda komanda ilə məşqə başlayacam”.

Xatırladaq ki, Ndlovu 2016-18-ci illərdə "Qarabağ"da çıxış edib.

Müəllif: Orxan NOVRUZOV