“Barselona”da daha bir koronavirus şoku

ESTAFET/ İspaniyanın “Barselona” klubunun rəsmisi koronavirus pandemiyasına yoluxub. İspaniya mətbuatının məlumatına görə, klubun vitse-prezidenti Jordi Kardonerin koronavirus testi müsbət nəticələnib. Klub rəsmisinin hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
Bu, “Barselona”da üçüncü yoluxma halıdır. Daha əvvəl klubun həkim heyətinin rəhbəri Ramon Kanal və həndbol komandasının həkimi Xosep Antoninin də koronavirusa yoluxduğu açıqlanmışdı.
