“Arsenal”da maaşlarla bağlı qərar verildi

ESTAFET/ İngiltərənin “Arsenal” klubu koronavirus pandemiyasına görə işçilərinin məvacibini azaltmayacaq. Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Topçular” pandemiya dövründə klubda çalışan bütün işçilərin məvaciblərini ödəyəcək.

Klubdan verilən açıqlamada o da qeyd olunub ki, futbolçularla məvaciblərinin azaldılmasıyla bağlı müzakirələr davam etdirilir.

Müəllif: Natiq NƏSİROV