Azərbaycan Qran-prisinin vaxtı müəyyənləşdi

ESTAFET/ Formula 1 üzrə Azərbaycan Qran-prisinin vaxtı müəyyənləşib. "Bild" nəşrinin məlumatına görə, Bakıda keçiriləcək yarış sentyabrın 6-da baş tutacaq.
Mövsümə iyulun 5-də Avstriya Qran-prisi ilə start veriləcək. Digər Qran-prilər - Böyük Britaniya 26 iyul - 2 avqust, Macarıstan 16-23 avqust, Sinqapur 20 sentyabr, Rusiya 27 sentyabr, Çin 4 oktyabr, Yaponiya 11 oktyabr, Meksika 1 noyabr, Braziliya 8 noyabr, Vyetnam 22 noyabr, Bəhreyn 6 dekabr, Abu-Dabi 13 dekabr tarixlərində keçiriləcək.
