“Fənərbaxça”nın 45 günlük həsrəti bitdi

ESTAFET/ Türkiyənin “Fənərbaxça” klubu koronavirus pandemiyası səbəbiylə dayandırdığı məşqlərini bərpa edib. İstanbul klubunun futbolçuları 45 gün sonra bazada toplaşaraq, yüngül məşq ediblər.
Bazaya fərqli vaxtlarda gələn futbolçuların 4 nəfərlik qruplara ayrılaraq, məşq etdiyi bildirilib.
Daha əvvəl Türkiyənin digər klubları – “Kasımpaşa”, “Qaziantep”, “Göztəpə”nin də məşqlərə başladığı açıqlanmışdı.
