Britaniyada 2 mərhələ keçiriləcək

ESTAFET/ Formula 1-in sahibləri ilə Böyük Britaniya Qran-Prisinin təşkilatçıları arasında danışıqlar başa çatıb. Tərəflər “Silverstoun” trasında iki mərhələ keçirmək barədə razılıq əldə edib.

Hər iki mərhələnin azarkeşsiz keçirilməsi, həmçinin buna görə təşkilatçılara veriləcək kompensasiyanın məbləği də müəyyənləşib. Öz aralarında razılaşan Formula 1 və təşkilatçılar Böyük Britaniya hökuməti ilə danışıqlar aparır. Buna səbəb ölkəyə gələnlərə ikihəftəlik karantinin tətbiqi ilə bağlı qərarın qəbul olunmasıdır.

Müəllif: Natiq NƏSİROV