"Azərbaycana getməli idim, ayağım sındı": Katalin Likiyu

ESTAFET/ Rumıniyalı veteran futbolçu Katalin Likiyunun karyerasını Azərbaycanda davam etdirmək imkanı olub. Bunu 39 yaşlı sabiq yarımmüdafiəçi özü deyib.

O bildirib ki, 2009-cu ildə Qazaxıstan klubu "Vostok"da olarkən Azərbaycandan təklif alıb və ilkin razılıq verib. Lakin futbolçunun keçidinə ağır zədə alması mane olub: "Azərbaycana getməli idim, ancaq ayağım sındı. Uzun müddət müalicə olundum. İspaniyada əməliyyat olundum, bərpa dönəmindən sonra orada həvəskar komanda olan "Tenerife" ilə məşq etdim. Başqa təklifim yox idi. Sonra zəng gəldi, Moldovanın "Olimpiya" klubuna keçdim".

Qeyd edək ki, Katalin Likiyu karyerasını 2014-cü ildə Kanada klubu "Kinqston"da olarkən bitirib. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV