Dembele İngiltərəyə köçə bilər

ESTAFET/ "Barselona"nın yarımmüdafiəçisi Usman Dembele İngiltərəyə köçə bilər. "Liverpul" gənc futbolçunu heyətinə cəlb etmək fikrindədir.

"Qırmızılar" Fransa millisinin üzvü ilə "Leypsiq"in forvardı Timo Vernerə alternativ qismində danışıq aparır. Vernerin keçidi reallaşmasa, Premyer Liqa klubu Dembele üçün "Barselona"ya müraciət edəcək. Sərfəli təklif gələrsə, Kataloniya klubu da 23 yaşlı oyunçunu satmağın əleyhinə deyil.

Qeyd edək ki, "Çelsi", "Arsenal" və "Mançester Yunayted"in də gündəmində olan Usman Dembelenin "Barselona" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.

Müəllif: Natiq NƏSİROV