Bundesliqa rekordu - "Top 5"də yeni lider

ESTAFET/ Futbol üzrə Almaniya Bundesliqasının XXIX turunda "Fortuna" üzərində böyükhesablı qələbə qazanan "Bavariya" (5:0) yeni rekorda imza atıb. Almaniya klubu buna 85-ci qolunu vurmaqla nail olub.
Bundesliqanın 1-ci turundan bəri qol sayını 85-ə çatdıran Münhen təmsilçisi bu həddə çatan ilk Almaniya klubu olub.
Bugünkü qarşılaşmada dubl edən hücumçu Robert Levandovski isə cari mövsüm bütün turnirlərdə qol sayını 43-ə çatdırıb. Bu, polşalı forvardın karyerasının ən məhsuldar mövsümünə çevrilib.
Levandovski Bundesliqada bu mövsüm 29-cu qolunu vurub ki, bununla "Top 5" liqaların ən məhsuldar oyunçusu ünvanını ələ keçirib. Onu ikinci pillədə qərarlaşan "Latsio"li Çiro İmmobile (27 qol) izləyir. Levandovski eyni zamanda bu mövsüm Bundesliqada bütün klubları cəzalandırmağı bacarıb.
Qeyd edək ki, bütün turnirlərdə ardıcıl 10-cu qələbəsini qazanan "Bavariya" Bundesliqada 67 xalla turnir cədvəlinə başçılıq edir.
