La Liqa klubunda yeni müqavilə

ESTAFET/ İspaniyanın “Betis” klubu hücumçusu Loren Moronla müqavilənin müddətini uzadıb. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı ispaniyalı forvardla müddəti 2024-cü ilin yayında başa çatacaq yeni müqavilə imzalanıb. Əvvəlki müqavilənin müddəti 2022-ci ilin yayına qədər idi.

Karyerası ərzində “Estepona”, “Marbelya” və “Veles” klublarının da şərəfini qorumuş Moron, “Betis”də 2015-ci ildən çıxış edir. (sport24.az)

Müəllif: Natiq NƏSİROV