"Neftçi” 5 məşqçisi ilə vidalaşdı

ESTAFET/ "Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yolları ayrılıb. Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), eləcə də qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqı ödənilərək, onlarla əməkdaşlığa son qoyulub.

Müəllif: Natiq NƏSİROV