Saviç “Yuventus”un təklifini təsdiqlədi

ESTAFET/ “Atletiko”nun müdafiəçisi Stefan Saviç İtaliyaya köçə bilər. 29 yaşlı futbolçu “Yuventus”un diqqət mərkəzinə düşüb.

Xəbəri Monteneqro millisinin üzvü özü də təsdiqləyib. Mərkəz müdafiəçisi Turin klubunun onun meneceri ilə təmasa keçdiyini söyləyib. Lakin Saviç özü Madrid klubunda qalmaq niyyətindədir. O, ən azı daha bir il “Atletiko”nun formasını geyinməkdə maraqlıdır. 

Qeyd edək ki, “Atletiko” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Stefan Saviç cari mövsüm 19 oyun keçirib, 1 qola imza atıb.

Müəllif: Orxan NOVRUZOV