Türkiyə Super Kuboku Qətərdə keçiriləcək

ESTAFET/ Türkiyə Superkuboku matçı Qətərdə keçiriləcək. Qardaş ölkə mətbuatının yaydığı məlumata görə, cari mövsümdə Super Liqanın çempionu ilə Türkiyə Kubokunun sahibi Super Kubokun qalibini müəyyən etmək üçün 2021-ci ildə həmin ərəb ölkəsində görüşəcəklər.
Türkiyə Futbol Federasiyası həm koronavirus pandemiyası, həm də hava şəraiti səbəbindən həlledici görüşün gələn ilin yanvarında adıçəkilən ölkədə keçirilməsini qərara alıb. Super Kbokun iştirakçıları ümumilikdə 1 milyon dollardan çox pul qazanacaqlar.
Qeyd edək ki, 2006-cı ildən təşkil olunan Türkiyə Super Kubokunun ilk 3 qalibi Almaniyada müəyyənləşib. Həmin qarşılaşmalar Frankfurt, Köln və Duysburqda keçirilib. (sport24.az)
