"Qarabağ" və "Astana"nın Oğuz savaşı

ESTAFET/ Adı "Qarabağ"la hallanan Türkiyə III Liqa təmsilçisi "1928 Bucaspor" klubunun sol cinah yarımmüdafiəçisi Oğuz Aydının "Astana"nın da hədəfində olduğu iddia olunur. Türkiyə mətbuatının xəbərinə görə, öz ölkələrinin son çempionalarının hər ikisi 21 yaşlı futbolçu üçün agentlər vasitəsi ilə təklif göndərib.
Oğuz "Bucaspor" klubunun yetirməsidir. Niderlandda doğulan türk futbolçunun müqaviləsi 2021-ci lin yayında bitir. Aydın Türkiyənin U-19 millisində bir oyun keçirib. (sport24.az)
