"Çelsi" Kavanidən imtina etdi

ESTAFET/ Fransanın PSJ klubunun futbolçusu Edinson Kavani “Çelsi”yə keçməyəcək. İngiltərə təmsilçisinin rəhbərliyi uruqvaylı hücumçunu heyətinə qatmaqdan imtina edib.
Mövsümün sonunda Paris klubu ilə müqaviləsi başa çatacaq Kavani azad agent statusu alacaq. Lakin “Çelsi” cənubi amerikalı deyil, digər forvardın xidmətində maraqlıdır.
Londonlular Almaniya millisinin və “Leypsiq”in futbolçusu Timo Vernerin transferini gerçəkləşdirmək istəyir. “Çelsi” onun üçün 75 milyon funt sterlinq ödəməyə hazırdır.
